top
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib
29 iyun 2026, 14:27
- +

Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərinə səfər edib.

Sumqayit24.az xəbər verir ki, səfər çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri professor Klaus Blattner ilə görüş keçirib. 

Görüşdə Sumqayıt və Lüdviqshafen arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı gələn il Sumqayıt və Lüdviqshafen şəhərləri arasında qardaşlaşma münasibətlərinin 50 illik yubileyinin qeyd olunacağı vurğulanıb. 

Görüşdə Lüdviqshafen şəhərinin sabiq meri Eva Lohse də iştirak edib. 

Səfər proqramı çərçivəsində Sumqayıt nümayəndə heyətinin şərəfinə Lüdviqshafen şəhərinin ənənəvi Şəhər Günü tədbirləri çərçivəsində konsert proqramı təşkil olunub. 

Səfərin əsas məqsədi Sumqayıt və Lüdviqshafen arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və iki qardaş şəhər arasında əlaqələrin gələcək inkişafına töhfə vermək olub.

Son xəbərlər

İdman
Bu gün, 17:30

"Sumqayıt" mövsümün ilk matçını BU KLUBA qarşı keçirəcək

Bütün xəbərlər
Bu gün, 16:52

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtın bu küçəsində zibillər 1 həftədən çoxdur daşınmır? - İDDİA

Bütün xəbərlər
Bu gün, 16:20

Sumqayıtın bu şirkətində RƏHBƏR DƏYİŞDİ

Bütün xəbərlər
Bu gün, 15:40

İki övlad, saysız çətinlik və 90,5 bal –SDU məzununun uğur hekayəsi

Bütün xəbərlər
Bu gün, 15:00

Şənbə günü Sumqayıtda hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda qeyri-sabit elektrik gərginliyi TƏHLÜKƏ yaradır

İdman
Bu gün, 13:40

UEFA reytinqi: Azərbaycan əmin addımlarla irəliləyir

İdman
Bu gün, 13:00

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Bütün xəbərlər
Bu gün, 12:20

Xəzər dənizi gözümüzün önündə yoxa çıxır…

Bütün xəbərlər
Bu gün, 11:40

Sumqayıtlıların səsi eşidildi - "Axtarışda olan zibil qutuları" tapıldı

Bütün xəbərlər
Bu gün, 11:00

Mərhum müğənni Elçin Cəlilovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:14

Bu gün "Sumqayıt"ın rəqibləri məlum olacaq

Bütün xəbərlər
Bu gün, 09:34

Saraylı İGİD şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda zəncirvari qəza: 3 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 18:00

İkinci əl avtomobillər yenidən bahalaşır

Bütün xəbərlər
Dünən, 17:48

"Stansiya Sumqayıt"da kommunal böhran iddiası: Qaz da kəsilir, işıq da

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda bir kollecə maraq zəif, digərinə isə rekord səviyyədə yüksəkdir

Bütün xəbərlər
Dünən, 17:05

Çimərliklərdə suyun temperaturu sabah belə olacaq

Bütün xəbərlər
Dünən, 16:51

SDU-nun rektoru olimpiada medalçılarını qəbul edib

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda yanğın baş vermiş binada QORXULU MƏNZƏRƏ

İdman
Dünən, 15:45

Jorj Kaşkilya "Sumqayıt"a niyə gələ bilmədi?

İdman
Dünən, 15:05

"Sumqayıt"ın təlim-məşq planında DƏYİŞİKLİK

Bütün xəbərlər
Dünən, 14:25

Sarayda saydıqca bitməyən ŞİKAYƏTLƏR

Oxşar xəbərlər