Ceyranbatan qəsəbəsində mərkəzi küçələr işıqlandırılmır. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Bu hal qəsəbənin 20 Yanvar küçəsindən şəhid Gündüz Abdullayev küçəsinə qədər müşahidə olunur. Ərazidə işıq dirəklərinin olmasına baxmayaraq, küçə axşam saatlarında işıqlandırılmır. Sakinlərin sözlərinə görə, gecə vaxtı yollar qaranlığa qərq olur.