top
Sumqayıt səfəri kabusa çevrildi – Sürücü xanımı qarət etdi
04 noyabr 2025, 16:18
- +

Sumqayıt səfəri kabusa çevrildi – Sürücü xanımı qarət etdi

Sumqayıta ad gününə gedən xanım müştəri taksi sürücüsü tərəfindən qarət edilib.

Oxu.Az-ın məlumatına görə, Abşeron rayon sakini Rafiq Əzizov (adı və soyadı şərtidir) Bakıda, metronun "20 Yanvar" stansiyasının qarşısında taksi fəaliyyəti ilə məşğul olarkən ona bir xanım yaxınlaşaraq, Sumqayıta, rəfiqəsinin ad gününə getmək istədiyini bildirib.

Rafiq xanımla razılaşaraq onu ünvana aparacağını bildirib və Sumqayıt istiqamətinə hərəkət edib. Onlar Ceyranbatan qəsəbəsi ərazisinə daxil olarkən, müştəri xanım ondan mağazalardan birində saxlamasını və su almaq istədiyini deyib.

Rafiq qadına bildirib ki, suyu o alacaq və mağazaya yollanıb. Mağazadan iki ədəd tərkibində spirt olan enerji içkisi alıb və xanıma verib. Müştəri həmin suyu içdikdən sonra özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib. Rafiq həmin vaxt cibindən bıçaq çıxararaq, qadından üzərində olan pulları tələb edib. Məcburiyyət qarşısında qalan xanım çantasında olan 640 manatı taksi sürücüsünə verib. Rafiq bundan sonra qadının əlindəki mobil telefonu da alıb, onu avtomobildən düşürüb, hadisə yerindən qaçıb. Rafiq qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən R.Əzizovun yeri müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə R.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Bu gün, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Oxşar xəbərlər