top
Sumqayıtda gimnaziya şagirdləri niyə sinifsiz qalıblar? - Rəsmi açıqlama
23 oktyabr 2025, 14:50
- +

Sumqayıtda gimnaziya şagirdləri niyə sinifsiz qalıblar? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri hazırda sinif otaqlarından məhrum vəziyyətdədirlər.

Valideynlər bildiriblər ki, bir neçə həftə əvvəl təhsil ocağında qəza baş verib və bundan sonra məktəbin dərhal təmirə bağlandığı açıqlanıb.

Lakin iki həftə keçməsinə baxmayaraq, gimnaziya şagirdləri üçün uyğun tədris binası hələ də ayrılmayıb. Hazırda uşaqlar "İstedad" liseyinə yerləşdiriliblər, lakin valideynlər oradakı şəraitin yaxşı olmadığını bildirirlər. Onlar gimnaziya şagirdlərinin normal və sağlam şəraitdə təhsil alması üçün təcili tədbirlər görülməsini tələb edirlər.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Sumqayit24.az-a bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri prioritet istiqamətlərdəndir:

"Son iki il ərzində idarənin tabeliyindəki 35 məktəbdə cari, 3 məktəbdə əsaslı təmir işləri aparılıb, 2 məktəb binası isə tamamilə yenidən tikilərək istifadəyə verilib.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın binası texniki baxımdan tələblərə cavab vermədiyindən, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə onların köçürülməsi qərara alınıb. Dərs prosesi dayandırılmadan, gimnaziya şagirdləri müvəqqəti olaraq "İstedad" liseyinə yerləşdiriliblər.

Hazırda tədrisin fasiləsiz təşkili üçün zəruri tədbirlər görülür. Təhsil prosesinin davamlılığı, şagird sıxlığının normativlərə uyğunluğu, həmçinin təhsilalanların sağlam və təhlükəsiz şəraitdə dərs keçmələri Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzarətində saxlanılır".

Məlumatda əlavə olunub ki, gimnaziyanın binasında yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Bu gün, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Oxşar xəbərlər