top
Sumqayıtın sovet hakimiyyətindən əvvəlki tarixi
17 avqust 2021, 06:57
- ↺ +

Sumqayıtın sovet hakimiyyətindən əvvəlki tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir çoxları düşünür ki, Sumqayıtın tarixi 1938-ci ildən başlayır. Qeyd etmək lazımdır ki, sənaye obyektləri tikilməmişdən xeyli qabaq, bu yerlər Sumqayıt stansiyası kimi tanınıb.

Tarixi mənbələrdə ilk dəfə Sumqayıtın adı ingilis səyyahı Berrou tərəfindən 1580-ci ildə qeyd olunmuşdu.

1845-ci ildə, Tiflisdə dərc olunmuş, "1846-cı il üçün Qafqaz təqvimi"-ndə Stavropol-Bakı yolundakı stansiyaların içində Sumqayıtın ən axırıncı, Bakıya ən yaxın stansiya olduğu qeyd olunub.

Rus səyyahı İ.Beryozin 1849-cu ildə Dağıstandan Bakıya gələn zaman Sumqayıt stansiyasından keçmişdir. O, Sumqayıtın kasıb yer olduğunu deyib: "...torpaq qurudur, sarıdır… heç bir yerdə su yoxdur. Nə bir yarpaq, nə bir kol var, yalnız daşlar və tikanlar, budur yerli torpağın vəziyyəti".

Beryozin Sumqayıtın yanından eyni adlı çayın keçdiyini də öz kitabında yazmış, “Sumqayıt” və ya "Suqayt" kimi qeyd etmişdir. Yerli əhalidən Sumqayıtın adının nə ilə bağlı olduğunu maraqlanan Beryozin öz kitabında yazırdı: "Bakılılardan biri əmin edir ki, həmvətənlərinin hiylələrindən narazı qalan tanrı, "suyun qayıtmasını", Bakıya getməməsini əmr etmişdir”.

1858-ci ildə fransız yazıçısı Aleksandr Düma “Qafqaz səfəri” kitabında Sumqayıtı poçt stansiyası kimi qeyd etmişdir.

Böyük Britaniyanın "The York Herald" adlı qəzetinin 23 may 1877-ci il tarixli sayında Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub: "Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana".

Sumqayıtın kecmişi haqqında şəhər qəzetinin keçmiş redaktoru, tarix elmləri namizədi Əlisəfa Məmmədov 1957-ci ildə çap olunmuş "Sumqayıt " adlı kitabında yazır: "Adətən adam heç vaxt görmədiyi yeni şəhərə gələrkən ilk dəfə onun keçmişi ilə maraqlanır. Buna görə də hər kəs belə şəhərlərin tarixi yerlərinə, muzeylərinə, abidələrinə baxmağa tələsir. Lakin Sumqayıtla tanış olmaq üçün bunu etmək olmaz. Çünki Sumqayıtın nə tarixi yerləri, nə də abidələri vardır. Bu şəhərin, demək olar ki, keçmişi olmamışdır".

 

Mənbələr:

 


  1. И. Березин. Путешествие по Дагестану и Закавказью. 1849 г.

  2. Кавказский Календарь на 1846 год. Тифлис-1845.

  3. Александр Дюма. Путешествие на Кавказ. Перевод с французского, Тбилиси-1988.

  4. Həmid Əliyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.

  5. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.

  6. https://heydaraliyev-centers.az/sumgayit/about-region


 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər