M. Müşfiq adına 34 nömrəli məktəbin şagirdi beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 16 fevral tarixində Sumqayıt24 xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində karate üzrə yeniyetmələr və gənclər arasında 51-ci Avropa çempionatı keçirilib. Məktəbin 11-ci sinif şagirdi Fərid Hacızadə bütün rəqiblərini məğlub edərək 1-ci yeri qazanıb.
Yarışda 49 ölkədən 1166 idmançı iştirak edib.