Sumqayıt fudokançıları yarışa qatılırlar. Sumqayıt24 bu haqda 16 fevral tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Fevralın 17 və 18-də İsmayıllı Olimpiya İdman Kompleksində fudokan karate-do üzrə açıq turnir keçiriləcək. Yarış uşaq, yeniyetmə və gənclər arasında təşkil olunacaq. Sumqayıtın, habelə Bakı, Gəncə, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Qubadlı, Zəngilan, Füzüli, İsmayıllı və digər bölgələrimizin ən perspektivli idmançıları medallar uğrurunda mübarizə aparacaqlar.
Turnirin təntənəli açılış mərasimi 18 fevral saat 15:00-da baş tutacaq.