"Sumqayıt" futbol klubunun müdafiəçisi Premyer Liqanın 5-ci turunun oyununda zədələnib. Bu barədə Sumqayıt24 AZƏRTAC-a istinadən xəbər verir.
"Qəbələ" ilə matçın 19-cu dəqiqəsində zədələnən "Sumqayıt" klubunun oyunçusu Elvin Bədəlov digər futbolçuların köməkliyi ilə meydanı tərk edib. Həkim müayinəsindən sonra futbolçunun səhhəti ilə bağlı məlumat veriləcək.