Sumqayıtlı yarımmüdafiəçilər Səbuhi Abdullazadə və Rüfət Abdullazadə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin tərkibində meydana çıxacaqlar.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sumqayıtdakı "Kapital Bank Arena" stadionunda 8 oktyabr tarixində Finlandiya, oktyabrın 12-də isə Xorvatiya millisi ilə qarşılaşacaq.