Sumqayıtda aptekdən 35 min manat oğurlanıb.
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə cinayəti törədən keçmiş məhkum H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törədib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.