Sumqayıtda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 22 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
FHN-ə daxil olan məlumata əsasən, sursat 1-ci mikrorayonda tapılıb. Əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Aşkarlanmış sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.