Sumqayıtda uşaqlar arasında viktorina keçirilib. Sumqayıt24 bu haqda 2 mart tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
“İdman həftəsi” çərçivəsində baş tutan yarışa 9, 12, 33 nömrəli məktəblərin 1-ci sinif şagirdləri qatılıblar. Burada 15 sinif üzrə 430-a yaxın məktəbli mübarizə aparıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin hədiyyələrinə layiq görülüblər.