2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulunun başlama tarixi açıqlanıb. Bu haqda bu gün, 27 aprel tarixində Sumqayıt24 Təhsil Nazirliyinə istinadən xəbər verir.
- Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq;
- Ərizələrin onlayn qeydiyyatına 4 may tarixində start veriləcək;
- Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan başlanılacaq.
Təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflər üçün:
- qəbul 6 may tarixində başlayacaq;
- müsahibələr 10-31 may 2022-ci il tarixlərində keçiriləcək;
- 11-18 iyun tarixlərində isə məktəb və müəllim seçimi mərhələsi başlanılacaq.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.