Sumqayıt şəhər Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbində konsert keçirilib. Sumqayıt24 bu haqda məktəbin Facebook səhifəsinə istinadən xəbər verir.
“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş konsertdə Təranə Kərimova, Aysabah Cabbarlı, Lalə Qasımova, Lalə Qocayeva, Lətafət İbrahimova, Firuzə Cavadova, Reyhanə Pirməmmədova, Samirə Əliyeva və İlahə Səfərova kimi müəllimlərin şagirdləri bir-birindən maraqlı çıxışlar edib.