Sumqayıt sakini köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 22 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Nazirliyə 1 nəfərin bağlı qapı arxasında qalması haqda məlumat daxil olub. Çağırış ünvanına xilasedicilər cəlb edilib. Onlar mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar ediblər. Sakin aidiyyəti üzrə təhvil verilib.