Sumqayıtda “Arterial hipertenziyanın diaqnostika və müalicəsi” mövzusunda elmi seminar keçirilib. Sumqayıt24 bu haqda şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Görüş 1 nömrəli xəstəxananın poliklinika şöbəsində təşkil olunub. Burada şöbənin müdiri Arzu Bəndəliyeva və tibb müəssisəsində çalışan həkimlər iştirak ediblər.
Seminar zamanı kardioloq Elnaz Yusifova təqdimatla çıxış edib. O, arterial hipertenziyanı yaradan səbəblər, bu sahədə mövcud olan müalicə və müayinə üzrə dünya protokollarından geniş bəhs edib.
Sonda həkimləri maraqlandıran suallar cavablandırılıb.