Sumqayıtda yataqxanada yanğın baş verib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə şəhərin 29-cu məhəlləsində yerləşən 1 saylı yataqxanada qeydə alınıb. Binanın 3-cü mərtəbəsində, pilləkən qəfəsində qısaqapanma baş verib və nəticədə orada olan sayğaclar yanıb. Alov söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.