Sumqayıtda nəqliyyat vasitəsinin şüşələri sındırılıb. Sumqayıt24-ə bu barədə 30 iyul tarixində izləyicilərdən məlumat daxil olub.
Təqdim edilən materiallar 10-cu mikrorayon ərazisində çəkilib. Dünən gecə saatlarında “İJ Oda” markalı avtomobilə naməlum şəxs və ya şəxslər tərəfindən ciddi zərər yetirilib. Məlumata əsasən, nəqliyyat vasitəsinin şüşələri sındırılıb, salonuna isə kərpic atılıb. [modula id="19349"]