Sumqayıtda “AZ FP CO LTD” MMC-nin məhsulları məhv edilib. Bu haqda bu gün, 18 mart tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər verib.
Məlumata əsasən, “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 11.136 kq müxtəlif növ süd məhsulları və qatqıları utilizasiya edilib. Ərzaqlar istehlaka yararsız idi və istifadə müddəti bitmişdir.
Daha öncə, şirkətin 11 tondan çox məhsulu məhv edilmişdir.