Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhərində yoxlama aparıblar. Bu barədə 19 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Keçirilən monitorinq nəticəsində Məmmədov Eldəniz Pənah oğluna məxsus marketdə qanun pozuntusu aşkarlanıb. Belə ki, 12-ci mikrorayonda yerləşən obyektdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən edilib.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.