Sumqayıt şəhər 12 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bu haqda 10 aprel tarixində Sumqayıt24 adıçəkilən mərkəzə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planına uyğun olaraq, təhsil ocağının 6 ”e” sinif şagirdləri ekskursiyada olublar. Məktəblilərə mərkəzin muzey bölməsində toplanmış ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə eks etdirən eksponat və fotostendlər haqqında məlumat verilib. Sonda kollektiv xatirə şəkli çəkdirilib.