Bu gün şəhidimiz Tacəddin İsmayılzadənin doğum günüdür. O, 17 mart 1996-cı ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Tacəddin Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 9 oktyabr 2020-ci il tarixində ağır yaralanıb. 128 gün koma vəziyyətində qalan qəhrəman döyüşçü 12 fevral 2021-ci ildə xəstəxanada dünyasını dəyişib. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Tacəddin İsmayılzadə ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub