Sumqayıtda yeniyetmə oğlanı cərəyan vurub. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
13 yaşlı Aslan Əliyevi yaşadığı ünvanda cərəyan vurub. Yeniyetmə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb. Yaralının vəziyyəti ağırlaşdığından o, Təcili Tibbi Yardım avtomobili ilə Bakıdakı Yanıq Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.