Sumqayıtda şagirdlərlə peşəyönümü üzrə maarifləndirici görüş keçirilib. Sumqayıt24 bu barədə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Sözügedən peşə təhsil mərkəzinin əməkdaşları şəhərimizdə yerləşən 14 nömrəli məktəbin 9-cu sinif şagirdləri ilə əyani şəkildə görüşüb, mərkəzdə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.