Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində nümunəvi dərs keçirilib. Bu barədə 5 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Zəfər Gününə həsr edimiş görüş 15 nömrəli məktəb və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunub. Burada məktəbin direktoru Elmira Yaqubova, məktəbin hərbi müəllimi, Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Saruxan Saruxanov və Mərkəzin əməkdaşları iştirak ediblər.
Şagirdlərə müharibə ilə bağlı video təqdim olunub. Daha sonra onların mövzulara aid təqdimatı olub.
Çıxış edən hərbi müəllim keçdiyi döyüş yolundan danışıb.