Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə 15 şəhidin adını daşıyan sinif otağının açılışı baş tutub. Bu haqda 16 mart tarixində Sumqayıt24 Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Açılış mərasimində İcra Hakimiyyətinin Corat qəsəbə nümayəndəsi və şəhid anaları iştirak ediblər. Sinif otaqlarında xüsusi guşə yaradılıb.
Qeyd edək ki, adıçəkilən təhsil ocağında 27 şəhidin adını daşıyan sinif otağı mövcuddur.