Sumqayıtda 1,5 tona yaxın qida məhsulu məhv edilib. Sumqayıt24 bu haqda Qida Təhlükəsizliyi Agentliyinin saytına istinadən xəbər verir.
Proses “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda həyata keçirilib. Burada “Merano-Baku” MMC-yə aid istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 1495 kq olan müxtəlif növ məhsul utilizasiya edilib.
Bundan əvvəl, burada “Siren Trading” MMC-yə aid məhsullar məhv edilib.