Sumqayıt sakini olan yeniyetmə Bakıda itkin düşüb. Sumqayıt24 bu haqda 5 avqust tarixində Report.az-a istinadən xəbər verir.
Məlumata görə,15 yaşlı Ayan Məmmədzadə avqustun 3-də qonaq gəldikləri Yasamal rayonu, Ü. Əkbərov küçəsindəki evdən gizli şəkildə çıxıb və naməlum istiqamətdə gedib. O gündən sonra qızı bir daha görən olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsi tərəfindən araşdırma aparılır.