Sumqayıtda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya – cəmiyyətin qəddar düşməni” mövzusunda dəyirmi masa təşkil edilib. Bu haqda bu gün, 21 aprel tarixində Mədəniyyət Xəbəri məlumat yayıb.
Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi uşaq kitabxanasında baş tutub. 16 nömrəli məktəbin şagirdlərinə narkomaniyanın yaratdığı ağır fəsadlar, narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Sonda gənclərə sosial çarxlar da nümayiş olunub.