Təltif edilən müəllimlərin mükafatlandırma mərasimi baş tutub. Sumqayıt24 bu haqda 22 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbir Sumqayıt şəhər 7 nömrəli orta məktəbində keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 5 işçisini “Qabaqcıl təhsil işçisi” döş nişanına, qalanlarını Fəxri Fərmana layiq görüb.
İdarənin müdiri İlhamə Abdullayeva müəllimlərə mükafatlarını təqdim edib.