top
16 yaşlı qız evdən qaçdı – Psixoloq bu kimi halların səbəblərini İZAH ETDİ 
05 avqust 2025, 23:19
- ↺ +

16 yaşlı qız evdən qaçdı – Psixoloq bu kimi halların səbəblərini İZAH ETDİ 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçıb. Anasının sözlərinə görə, yeniyetmə “zibil atmaq” bəhanəsi ilə evdən çıxaraq geri qayıtmayıb.

Dünən isə qız tapılaraq ailəsinə təhvil verilib.

Bu kimi hadisələr cəmiyyətdə yeniyetmələrin evdən qaçması mövzusunu bir daha gündəmə gətirir.

Məsələ ilə bağlı psixoloq İlkanə İmran Sumqayit24.az- a açıqlama verib. O bildirib ki, belə hallar əsasən yeniyetməlik dövründə – xüsusilə 15-17 yaş aralığında müşahidə olunur və bu, ciddi psixoloji siqnaldır. Çünki bu yaş dövrü daha çox şəxsiyyətin axtarış dövrü olmaqla bərabər,  emosional dalğalanmaların da sıx müşahidə olunduğu dövr kimi xarakterizə olunur.

“Evdən qaçma halları adətən ailədaxili problemlər, zorakılıq, diqqət və sevgi əksikliyi, sağlam olmayan ünsiyyət və emosional təzyiqlərlə bağlı olur. Yeniyetmələr bu dövrdə özlərini axtarır, emosional dəyişikliklər keçirirlər. Ailədə başa düşülmədiklərini hiss edən uşaqlar bəzən evdən uzaqlaşmağa çalışırlar”,– deyə psixoloq qeyd edib.

İ.İmranın fikrincə, valideynlərin yeniyetmələrlə empatiya, aktiv dinləmə və sevgi əsasında ünsiyyət qurması vacibdir. Bu dövrdə sərhədlərin aydın, lakin anlayışla qoyulması və uşağın emosional ehtiyaclarının nəzərə alınması ailə daxili münasibətlərin əsasını təşkil etməlidir.

O, həmçinin məktəb və sosial mühitin də bu məsələdə mühüm rol oynadığını vurğulayıb. Müəllim-yeniyetmə münasibətləri, dost çevrəsi də yeniyetmənin davranışlarına təsir edən əsas faktorlardandır. Sağlam olmayan sosial qruplar yeniyetməni yalnış mühitə yönləndirir.

“Yeniyetmələrin həyatında ailədən sonra vacib yeri tutan  sosial qruplardan biri də məktəbdir. Məktəb həyatına aktiv şəkildə davam edən yeniyetmələrdə evdən qaçma hallarına digərlərinə nisbətən daha az rast gəlinir. Bu isə məktəbin, xüsusilə müəllim-yeniyetmə münasibətlərinin yeniyetmənin həyatındakı rolunun önəmini bir daha ön plana çıxarır”.

Tədqiqatlar göstərir ki, yeniyetməlik yaş dövründə baş verən  həm fiziki, həm bioloji, həm də psixoloji dəyişikliklərin təsiri ilə fərdlər həm özünü tanımağa və kəşf etməyə, həm də öz “mən”ini sübut etməyə daha çox ehtiyac  duyurlar. Bu isə bəzi vaxtlarda tək qalmağa, macəra axtarışına, hətta evdən qaçma davranışlarına da gətirib çıxara bilir.

Psixoloq bu kimi halların qarşısını almaq üçün etməli olduqlarımızı da sadalayıb.

“Qeyd olunan problemin həlli yollarına baxsaq, ilk olaraq valideyn-uşaq arasında etibarlı əlaqənin qurulmasının önəmini vurğulamalıyıq. Yeniyetmənin emosional ehtiyaclarının ödənməsinə diqqət etmək  və onlara hər zaman dəyərli olduqlarını hiss etdirmək də vacib addımlardan biridir. Bundan əlavə, həyatında sərhəd və qaydaların balanslı qurulmasına, nəzarət və azadlıq arasındakı tarazlığın düzgün saxlanılmasına da xüsusi önəm verilməlidir”,- deyə psixoloq xəbərdarlıq edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Bu gün, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Bu gün, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Bu gün, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Oxşar xəbərlər