Sumqayıtda eksternat qaydasında aralıq imtahanları keçiriləcək. Sumqayıt24 bu haqda 22 dekabr tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar 24 dekabr tarixində 18 nömrəli məktəbdə təşkil olunacaq və ümumi orta və tam orta təhsil bazasını əhatə edəcək. İmtahan saat 10:00-da başlayacaq. Lakin iştirakçılar 1 saat əvvəl sözügedən mərkəzdə olmalıdırlar.
Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak edə biləcəklər.