Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin doğum günündə məzarı ziyarət olunub. Ruhuna dualar oxunub. Sumqayıt24 bu haqda DünyaTV-yə istinadən xəbər verir.
Şəhidin ailəsi, doğmaları, həmçinin məktəb şagirdləri və müəllim heyəti məzarın ətrafında toplaşıb, üzərinə gül dəstəsi düzüblər.
18 yaşında şəhidlik zirvəsinə ucalmış Həsənquliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.