Sumqayıtda 19 yaşlı gəncin dənizdə batması barəsində məlumat yayılıb. Bu haqda bu gün, 24 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Eldar Bəylərovun axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Ehtimal edilir ki, gənc xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazidə batıb.