Sumqayıt sakininin ölüm səbəbi dəqiqləşib. Sumqayıt24 bu haqda 14 yanvar tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, yanvarın 5-də Nərimanov rayonu ərazisində mənzillərin birində 4 nəfərin meyiti tapılıb. Onlardan biri Sumqayıt sakini, 19 yaşlı Kamran Allahverdiyev olub. O, dostu, 17 yaşlı Kənan Salayevlə birgə 31 dekabr 2022-ci il tarixində itkin düşmüşdü.
Məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, onlar dəm qazından zəhərlənərək ölüblər.
Meyiti tapılan digər iki şəxs - 33 yaşlı Kənan Nəzərov və 32 yaşlı Pərvin Səfərlidir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Qeyd edək ki, “Azəriqaz” İB hadisənin dəm qazı səbəbindən baş verməsini inkar etmişdi.