Sumqayıtda 2 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veririk.
Nazirliyin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunaraq qapını açıb, nəzarətsiz qalmış azyaşlılara yardım ediblər.