Müdafiə Nazirliyi ibtidai sinif şagirdini təltif edib. Sumqayıt24 bu haqda 7 iyul tarixində Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Söhbət Saray qəsəbə 3 nömrəli tam orta məktəbin 2a sinfində təhsil alan Ümman Mustafazadədən gedir. O, "Rəngli perimetr" hərbi vətənpərvərlik mövzusunda uşaq rəsm müsabiqəsində iştirak edib və nazirliyin diplomuna layiq görülüb.