Sumqayıt şəhərində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Hadisə yerində 1 nəfərin meyiti aşkar edilib. Bu haqda Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
Hadisə evin ikinci mərtəbəsində baş verib. Burada yanar konstruksiyalar və dam örtüyü 80 kv.m sahədə yanıb. Yanğın yerinin yoxlanışı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.