Sumqayıtda iməcilik işləri davam etdirilir. Bu haqda bu gün, 11 aprel tarixində DünyaTV-a istinadən xəbər veririk.
Məlumata əsasən, iməcilikdə icra nümayəndələri, Yaşıllaşdırma idarəsi, Təmizlik departamenti, xəstəxana, məktəb və bağçaların kollektivləri iştirak ediblər. İşlər Sülh küçəsi, Koroğlu prospekti, 2-ci, 3-cü və 8-ci mikrorayonlar, 1 nömrəli məktəb və Tağıyev qəsəbəsində görülüb.
Şəhər ərazisində ağaclar əhənglənib, bordürlər rənglənib, yollar yuyulub, yeni ağaclar və güllər əkilib, tullantılar ərazidən aparılıb.