Sumqayıtlı məktəblilər Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunan konsertdə iştirak ediblər. Bu haqda bu gün, 7 fevral tarixində AZƏRTAC məlumat yayıb.
Konsert Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində təşkil olunub. Tədbirdə Azərbaycanda fortepiano musiqisinin yaranma tarixi haqqında iştirakçılara məlumat verilib.
Fortepiano şöbəsinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr konsertdə ifa ediblər.