Sumqayıtda “Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi” çərçivəsində tədbir keçirilib. Sumqayıt24 bu haqda DünyaTV-yə istinadən xəbər verir.
Tədbir 2 nömrəli məktəbdə baş tutub. Şagirdlərə maarifləndirici materiallar təqdim olunub, valideynlərlə söhbətlər aparılıb. Məktəbin ətrafında mövcud olan problemlər və risklər müzakirə edilib, həll yolları düşünülüb.
Qeyd edək ki, Sumqayıtda bu cür tədbir ilk dəfə keçirilir.