Sumqayıt şəhərində yerləşən 2 nömrəli xəstəxanada son tamamlama işləri aparılır. Bu barədə 26 avqust tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Xəstəxana 5 mərtəbəli, 150 çarpayılıdır. Burada təcili yardım, poliklinika, cərrahiyyə, oftalmologiya, nevrologiya, terapiya, endokrinologiya və reabilitasiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxana həm ambulator, həm də stasionar şəkildə vətəndaşlara xidmət edəcək. Tibb ocağının tikintisi 2019-cu ilin sonlarından başlanılıb və cari ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılır.