2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi bu gündən fəaliyyətə başlayıb. Bu haqda bu gün, 21 iyul tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Mərkəz 1,85 ha ərazidə inşa edilib. Burada 4 mərtəbəli inzibati bina, fəvvarə, 2 yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb. Mərkəzdə 325 xidmət həyata keçiriləcək.
Mərkəzdə, dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.
Startapların inkişafını dəstəkləmək məqsədilə Mərkəzdə “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək. Həmçinin burada “ABAD Food Hall” təşkil edilmişdir.