Sumqayıtda narkotik alverinə görə saxlanılan Turac Məmmədova, onun tanışları - Vüqar Əliyev və Hikmət Fərəcovun məhkəməsi başlayır. Bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata görə, onların cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının tarixi hələlik açıqlanmayıb.
Xatırladaq ki, 20 ilə yaxın məhkumluq həyatı yaşamış "Cibgir Tutu" kimi tanınan Turac və onun tanışları oktyabr ayında saxlanılmışdırlar.