YAP Sumqayıt şəhər təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə 20 yanvar tarixində Sumqayıt24 İH-ə istinadən xəbər verir.
Tədbir “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusuna həsr edilib. Toplantıda icra başçısı Zakir Fərəcov, YAP İdarə Heyətinin üzvü, şəhər təşkilatının sədri Ramiz Hüseynov, deputat Müşfiq Məmmədli, Ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak ediblər.
Çıxış edənlər “20 Yanvara gedən yol”, “20 Yanvar hadisələri və onun nəticələri”, “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev Fondunun Qanlı Yanvar həqiqətlərinin müxtəlif ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər” mövzularına toxunublar.