Sumqayıtda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunur. Bu barədə yanvarın 20-si Sumqayıt24 xəbər verir.
Səhər saatlarından başlayaraq yüzlərlə sakin Sumqayıt Şəhidlər xiyabanına axın edir. Ziyarətdə müxtəlif qurum və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və tələbə kollektivi, şəhid ailələri, qazilər iştirak ediblər. Əhali şəhidlərin xatirəsini yad edərək məzarların üzərinə tər güllər düzür.