Sumqayıt şəhər H. Aslanov adına 22 nömrəli tam orta məktəbin müəllimi mükafatlandırılıb. Bu barədə 7 yanvar tarixində Sumqayıt24 təhsil oçağına istinadən xəbər verir.
Sumqayıt şəhər icra başçısı Zakir Fəfəcovun müvafiq Sərəncamı ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Məmmədova "Şəhərin ictimai həyatında fəal iştirakına görə" Fəxri Fərmanla təltif olunub. Məktəb kollektivi Aygün müəlliməni təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.