Sumqayıt şəhər 23 nömrəli məktəbin əsaslı təmiri bitmək üzrədir. Sumqayıt24 bu barədə 24 avqust tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Təhsil ocağında 1 il 4 aydır ki aparılan işlər səbəbindən şagirdlər şəhərin digər məktəblərində təhsili davam etdirirdilər. Direktor Reyhan Yunisova məsələ ilə bağlı açıqlama verib:
“Bu il təmir işləri daim nəzarətdədir, hansı ki bu gün də idarənin işçiləri məktəbdə olublar. Artıq təmir işləri yekunlaşmaq üzrədir. 2022-ci tədris ilində şagirdlər təhsilini öz məktəblərində davam etdirəcəklər.” [modula id="20674"]