Sumqayıtlı gənc avtomobil qazanıb. Sumqayıt24 bu haqda 17 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, Vətən müharibəsi iştirakçısı olan 23 yaşlı Nəriman Salahov “Kontakt Home” mağazasında 3 dəfəyə ödə şərtilə qol saatı alıb. Daha sonra isə “Şeş-Qoşa” kampaniyasında bəxtini sınayaraq son model “Mazda 3“ minik avtomobilinin sahibi olub.
Qeyd edək ki, Salahov hazırda işsizdir və 3-cü qrup əlilliklə bağlı təqaüd alır.