Sumqayıtda 2604 kq baytarlıq preparatı məhv edilib. Bu haqda bu gün, 14 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
Məlumata əsasən, “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 8 adda dərman vasitəsi utilizasiya edilib. Preparatlar “Farmvet” MMC-yə məxsus idi. Məhv edilən dermanların istifadə müddəti bitmişdir.